Saytımızı qiymətləndirin


 
 

“Ankara Qəzzada atəşkəs üçün diplomatik səyləri davam etdirəcək”- ƏRDOĞAN
Tarix: 20-04-2024 | Saat: 21:28
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Qəzza zolağında böhranın həlli və sakinlərə humanitar yardım göstərilməsi üçün diplomatik səyləri davam etdirəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə president administrasiyası Ərdoğanın HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə İstanbulda keçirdiyi görüşdən sonra məlumat verib.

“Prezident Ərdoğan Türkiyənin beynəlxalq diqqəti fələstinlilərə edilən zülmə cəlb etmək üçün diplomatik səylərini davam etdirdiyini və daimi atəşkəsin təcili zərurətini vurğuladığını bildirib. O, həmçinin İsrailin bir gün mütləq cavab verəcəyini, Türkiyənin regionda sülhün təmin olunmasının açarı olan müstəqil Fələstin dövlətinin yaradılması üçün səy göstərəcəyi qeyd edib”, – məlumatda deyilir.



Xəbəri paylaş

150 dəfə oxunub.

Digər xəbərlər