ABŞ-dan gəlib Kəlbəcərin kəndində qanunsuz məskunlaşdı…-Donuz saxlayacaq…-FOTOLAR
Tarix: 20-10-2021 | Saat: 12:12
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1353 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-10-2021 | Saat: 12:12
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Bura yaşamaq üçün gəlib, oğulları isə gələn il gələcək…”
“Qarabağ mənim üçün müqəddəs bir torpaqdır, düşməndən qorxmuram ":
Qarabaginfo.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, Azərbaycana, türkə qarşı nifrət dolu bu sözləri ABŞ -dan köçüb Kəlbəcər rayonunun hələ də Rusiya sülhməramlı(?) hərbi kontingentinin nəzarətində qalan və ermənilərin “Aterk” adlandırdıqları Həsənriz kəndində qanunsuz olaraq məskunlaşmış Yesa Mahtesyan çərənləyib.

“Yesai Mahtesyanın ailəsi ABŞ -dadır, ancaq vətəninin çağırışı onu Qarabağa gətirib. O, bir neçə gündür Artsaxın Martakert bölgəsindəki Haterk icmasındadır. Bura yaşamaq üçün gəlib, oğulları isə gələn il gələcək.
“Aterkdə arıçılığa başlamağa qərar verdim. Bu icmada bunun üçün yaxşı şərait var. Burada xoş qarşılandım. Hələ görüləsi işlərinin olduğu bir ev verdilər. Əlimdən gələni edəcəyəm, çünki işləməkdən zövq alıram. Donuzçuluqla da məşğul olmaq fikrindəyəm” – Amerikadan Kəlbəcərə gəlmiş erməni belə deyir.
“Y. Mahtesyanın xaç oğlu Gevorg Kirakosyan 2020 -ci ilin payız müharibəsində öldü. Həmsöhbətimiz deyir ki, cəsur uşaqlar qan tökdülər ki, indi biz Artsaxda yaşaya bilək.
"İrəvanda qohumlarım var, amma orada qala bilmədim, Artsaxa gəldim, çünki bura mənim üçün müqəddəs bir torpaqdır. Düşməndən qorxmuram. Düşmənin arzusu ermənilərin burada yaşamamasıdır. Artsaxda yaşasaq və birlik içində olsaq, heç kim bizi məğlub edə bilməz”- E.Mahtesyan bildirib” –erməni mediasının yaydığı xəbərdə belə deyilir.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
15-05-2025, 07:40
Tramp İrana nüvə proqramı ilə bağlı iki seçim təklif edib
6-12-2025, 23:06
“Fənər” “Başakşəhər”lə görüşdən 1 xalla qayıdıb
17-10-2024, 15:44
Gəncənin raket atəşinə məruz qalmasının ildönümünə həsr olunmuş tədbir keçirildi - Fotolar
29-08-2025, 19:44
İstintaq Komitəsi: Ermənistan XİN-in əməkdaşı casusluqda şübhəli bilinərək həbs edilib
15-09-2021, 22:03
Ermənilərin qarşısı alınmasa, Lokal xarakterli qarşıdırmalar ola bilər
25-05-2022, 01:31
Himalaydan paraşütlə enməyə icazə verilib
18-09-2021, 16:00
Mehriban Əliyeva Milli Musiqi günü ilə bağlı paylaşım edib
















