ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns fevralın 22-də Ukraynaya gizli səfər edib.
Bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Məlumata görə, bu, MKİ-nin direktorunun 2022-ci ilin fevralında münaqişənin başlanmasından bəri 10-cu səfəridir.
Qəzetin yazdığı kimi, səfərdə məqsəd ABŞ Konqresinin Nümayəndələr Palatasının Kiyevə əlavə maliyyə ayrılmasını bəyənməməsi fonunda Ukrayna rəhbərliyini arxayınlaşdırmaq olub.
Qeyd edək ki, ABŞ Konqresi 2023-cü ilin oktyabrından Ukraynaya yeni yardım paketini təsdiq edə bilmir. Bu səbəbdən dekabrın sonundan ABŞ Kiyevə silah və sursat, o cümlədən artilleriya mərmiləri verməyi dayandırıb. Avropa ölkələrindən gələn tədarüklər Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəyə bilmir.