Saytımızı qiymətləndirin


 
 

Şoyqu: “Ukraynada hücum sürətinin ləngiməsi bilərəkdən verilmiş qərardır”
Tarix: 24-08-2022 | Saat: 12:11
Bölmə:Karusel / Region | çapa göndər

Şoyqu: “Ukraynada hücum sürətinin ləngiməsi bilərəkdən verilmiş qərardır”

Ukraynaya hücum sürətinin ləngiməsi bilərəkdən verilmiş qərardır. Xüsusi hərbi əməliyyat plan üzrə gedir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclasında bildirib.

Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat zamanı hücumun sürətinin aşağı salınması mülki əhali arasında itkiləri minimuma endirmək istəyindən irəli gələn bilərəkdən verilmiş qərardır: "Rusiya xüsusi hərbi əməliyyat zamanı azad edilmiş ərazilərdə dinc həyatın bərqərar olmasına çalışır, Kiyev isə “yanmış torpaq” taktikasını tətbiq edir".

Şoyqu bildirib ki, Ukraynadakı münaqişə ABŞ-ın Rusiyaya qarşı iqtisadi və informasiya müharibəsi başlatması üçün növbəti bəhanəyə çevrilib: "Ukrayna Qərb tərəfindən Rusiyaya qarşı hibrid müharibənin aləti kimi seçilib. ABŞ və müttəfiqlərinin Ukraynaya silah tədarükü insan itkilərinin sayını dəfələrlə artırır, bu ölkə ərazisində hərbi münaqişəni uzadır".(Apa)



Xəbəri paylaş

1173 dəfə oxunub.

Digər xəbərlər
5-01-2021, 10:37 Təbii qaz bahalaşdı