Saytımızı qiymətləndirin


 
 

“11-ci sanksiyalar paketi “ağcaqanad dişləməsi” yox, çəkic zərbəsi olacaq”- Aİ-dəki keçmiş səfir
Tarix: 17-04-2023 | Saat: 17:16
Bölmə:Karusel / Region | çapa göndər

Avropa İttifqı ölkələri Rusiya rəsmiləri və sahibkarlarından, eləcə də şirkətlərindən hansının 11-ci sanksiyalar paketinə düşəcəyini müzakirə etməyə başlayıblar.

Qarabaginfo.az xəbər verir ki, yeni siyahının yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Bu ilin fevralında tətbiq olunan sanksiyaların sonuncu paketi 121 fiziki və hüquqi şəxsi əhatə edib. Ümumilikdə 1600 Rusiya vətəndaşı və Rusiya şirkətləri hazırda məhdudiyyət altındadır. Onuncu sanksiyalar paketi Rusiya ilə ümumilikdə 11 milyard avroluq ticarəti də dayandırıb.

Ukraynanın Aİ-dəki keçmiş səfiri Konstantin Yeliseyev deyib ki, 11-ci sanksiyalar paketi 10-cu kimi “ağcaqanad dişləməsi” deyil, çəkic zərbəsi olacaq.

Aİ ölkələrindən növbəti dəfə nüvə nəhəngi “Rosatom”a, rus almaz, qızıl və digər qiymətli metalların ticarətinə qadağa qoyulması, rus polad milyarderi Vladimir Lisin və onun NLMK şirkətinə qarşı sanksiyaların tətbiqi və bütün Rusiya banklarının SWIFT-dən kəsilməsi tələb olunur. Lakin bütün bu təkliflərin Aİ ölkələri arasında opponentləri var. Məsələn, Macarıstan “Rosatom”a qarşı sanksiyalara veto qoydu, Belçika NLMK, Lisin və rus almazlarına məhdudiyyətlər tətbiq etməkdən imtina etdi və Avstriya, Fransa və İtaliya bankları Rusiya ilə fəaliyyətini davam etdirir.

Eyni zamanda, siyasətçi Vladimir Kara-Murzanın cinayət təqibi ilə əlaqədar 11-ci məhdudiyyətlər paketinə əlavə olaraq 28 Rusiya məmuru da əlavə oluna bilər. Siyasətçinin 25 illik həbs müddətini ölüm cəzasına bərabər adlandıran 70 deputat onları qara siyahıya salmağı tələb edib.



Xəbəri paylaş

1100 dəfə oxunub.

Digər xəbərlər