Saytımızı qiymətləndirin


 
 

“Laçında rus sülhməramlılarının yeniliyi süni əngəl yaradır”
Tarix: 08-06-2022 | Saat: 11:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Laçında rus sülhməramlılarının yeniliyi süni əngəl yaradır”

“Laçında rus sülhməramlılarının yaratdığı problem yurdlarımıza gedib-qayıdanlara ciddi mane olur”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri hüquqşünas Ərşad Hüseynov feysbuk səhifəsində yazıb. 

O, sözlərinə belə davam edib: “İki ay bundan əvvələ qədər sülhməramlılar sadəcə onların “müvəqqəti nəzarət zonası”ndan keçərkən bizi müşayiət edirdilər, uzaqbaşı kənardan maşınlarımıza baxırdılar ki, nə var, nə yoxdu”.

Hüseynovun sözlərinə görə, son vaxtlar isə maşınların hər yerinə baxmağa, yükləri bir-bir yoxlamağa, zənbillərə, bağlamalara da baxmağa başlayıblar: “Bunu hər iki istiqamətdə gedəndə edirlər. Nəticədə insanlarımız xeyli vaxt itirirlər, çətin dağ yolu üçün qablaşdırdıqları yükləri dağıtmağa məcbur olurlar və s.

Yurdlarımıza heyvandarlıq və arı təsərrüfatlarının qayıtmağa başladığı indiki vaxtda bu özbaşınalıq lap ciddi problemə çevrilib. Təsəvvür edin ki, həmin "yoxlama" səbəbindən arı pətəkləri və ya mal-qara dolu maşınlar saatlarla günün altında qalıb gözləyirlər. Bu səbəbdən itkilər (mal-qara və arıların tələf olması) də var” .

Ərşad Hüseynov: “Bir azdan hamı gürcü avtomobili sürəcək” - 25.04.2019, Sputnik Azərbaycan

Hüquqşünas düşünür ki, sülhməramlıların bu yeniliyi camaatımızın yurdlara dönüşünə süni əngəl yaratmaqdır: “Ona görə də təcili surətdə dövlət qurumlarımız bunun qarşısını almalıdırlar.

Həmin sülhməramlıların mandatında və statusunda belə yoxlamalar aparmaq səlahiyyəti yoxdur və ola bilməz. Həm də insanlarımız onların "müvəqqəti məsuliyyət zonası"nı dayanmadan keçirlər.

Hər bir halda ümid edirəm ki, dövlət qurumlarımız sülhməramlıların statusunu və səlahiyyət dairəsini onlara təkrar xatırladacaqlar”.



Xəbəri paylaş

394 dəfə oxunub.

Digər xəbərlər