Ərdoğan Zelenski və Putinlə danışacaq
Tarix: 25-03-2022 | Saat: 14:28
Bölmə:Karusel / Gündəm | çapa göndər
1341 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-03-2022 | Saat: 14:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ukraynalı həmkarı Volodimir Zelenski ilə, həftə sonu isə rusiyalı həmkarı Vladimir Putinlə NATO-nun Brüssel sammitinin nəticələrini telefonla müzakirə etməyi planlaşdırdığını bildirib.
Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ərdoğan Brüsseldən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
“Bu gün Zelenski ilə telefon danışığım olacaq. Ola bilsin ki, bu həftənin sonunda və ya növbəti həftənin əvvəlində Putinlə yenidən danışıqlar aparacağam. Bu danışıqlarda biz NATO sammitinin nəticələrini müzakirə edib dəyərləndirməliyik”, - deyə Ərdoğan qeyd edib. O bildirib ki, danışıqlar zamanı Putinə sülhə çağırışla bağlı müraciət edəcək.
Xəbəri paylaş
Digər xəbərlər
18-04-2022, 15:26
Bahalaşmanı mən də hiss edirəm - Deputat
24-10-2024, 13:10
Pezeşkian BRICS sammmitində beynəlxalq təşkilatları tənqid edib
26-10-2021, 11:16
Ermənistan parlamenti Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı qapalı dinləmələr keçirəcək
5-05-2022, 07:04
BMT: Şimali Koreyanın yeni raket sınaqları gərginliyi artırır
8-06-2020, 15:25
Adil Əliyev: "Polisə müqavimət göstərmək, onun üzərinə əşyalar atmaq qanun pozuntusudur"
25-12-2025, 10:19
Hesablama Palatasında media nümayəndələri üçün təlimlər keçirilib
10-10-2021, 20:12
Qazaxıstanda sursat anbarında növbəti partlayış olub













