Saytımızı qiymətləndirin


 
 

Bahalaşmanı mən də hiss edirəm - Deputat
Tarix: 18-04-2022 | Saat: 15:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

Milyarder deyiləm, bahalaşmanı mən də hiss edirəm.

Qarabaginfo.az xəbər verir ki, bunu Bakupost.az-a millət vəkili Aqil Abbas ölkədəki bahalaşma ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə bahalaşmadan şikayət edənlərin sayı çoxdur:

“Hökumət benzini 1 manat 60 qəpikdən satır. Pomidor satan deyir ki, benzini 1 manat et, mən də pomidoru 2 manata endirim. Onda buna nə demək olar? Bazar iqtisadiyyatıdır.

Ona görə də Prezident ötən həftə müşavirədə bahalaşma ilə bağlı məsələyə toxundu və bildirdi ki, qarşısını almaq lazımdır. Yəqin ki, bununla bağlı da addımlar atılacaq. Taxılçılara kifayət qədər gübrə və dotasiyalar verilir, amma əkin sahələrini artırmaq lazımdır. Hazırda işğaldan azad olunan ərazilərdən minalar təmizlənir və orada da əkin həyata keçirmək olar. Ora bərəkətli torpaqdır.

Millət vəkilləri olaraq hər iclasda bahalaşma ilə bağlı daim məsələ qaldırır, təkliflər irəli sürürük. Çünki millət vəkili sadəcə təklif irəli sürə bilir, icraçı deyil. İcraçılar bunu necə edəcəklər, bu isə bizim səlahiyyətimizdə deyil.

Millət vəkili olduğum ərazidən demək olar ki, hər gün bahalaşma, sosial vəziyyətlə bağlı şikayətlər daxil olur. Bir millət vəkili kimi kredit, dotasiya ala bilməyənlərə kömək edirik ki, ala bilsinlər. Gücümüz ancaq buna çatır”.

 



Xəbəri paylaş

268 dəfə oxunub.

Digər xəbərlər