Saytımızı qiymətləndirin


 
 

Bu görüş Ermənistanın son şansıdır - Rusiyadan reaksiya
Tarix: 13-04-2023 | Saat: 14:50
Bölmə:Karusel / Dünya | çapa göndər

Bu görüş Ermənistanın son şansıdır - Rusiyadan reaksiya

Aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində ötən ilin sentyabr ayında baş vermiş toqquşmadan sonra ən şiddətli qarşıdurma yaşanıb. Rəsmi məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

 

Təxribatların qarşısını alarkən Azərbaycan ordusunun 3 hərbi qulluqçusu şəhid olub, 4 hərbçimiz isə yaralanıb. Ermənistan Müdafiə Nazirliyi toqquşma zamanı 4 erməni hərbçinin öldüyünü, 6-sının yaralandığını açıqlayıb.  

 

Sərhəddəki təxribata reaksiya verən Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında qeyd olunub ki, təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Prezident İlham Əliyev isə ötən gün ATƏT sədri ilə görüşündə sərhəddə baş vermiş insidentin Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədildiyini diqqətə çatdırıb. 

 

Sərhəddəki hadisələrə Rusiyadan da reaksiya gecikməyib.

 

Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Azərbaycan-Ermənistan sərhədində bu cür hadisənin gözlənilən olduğunu bildirib.

 

 

"Rusiya tərəfi artıq öz təhlilini bölüşüb ki, regionda köhnə məsələnin həlli ilə heç vaxt məşğul olmayan digər struktur və aktorların, Avropa İttifaqı missiyasının interpolyasiyası nəticə verməyəcək. Bunu təxmin etmişdik. Biz bunun kəskinləşməyə, sabitliyin pozulmasına gətirib çıxaracağını və sülh yolu ilə nizamlanmaya nail olmaqdan uzaqlaşdıracağına dair gördüklərimizi demişdik. İndi biz stabilliyin aradan qalxmasının fərqli işartılarını kədər və təəssüflə izləməkdəyik", - XİN rəsmisi vurğulayıb.

 

Zaxarova, həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək. Onun sözlərinə görə, Bakı və İrəvan Rusiyanın görüş təklifini qəbul edib. Zaxarova görüşün hansı səviyyədə keçiriləcəyini və nə vaxt baş tutacağını açıqlamayıb. 

 

Sərhəd olayından sonra Azərbaycan və Ermənistan rəsmilərinin görüşünün Rusiyada keçirilməsi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.  Növbəti Moskva görüşündən gözləntilər nələrdir?

 

 

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, məşhur politoloq Sergey Markov əvvəlcə sərhəddə baş verən təxribatlarla bağlı Qarabaqinfo.az-ın sualını cavablandırıb. O, Laçın istiqamətində qeydə alınan hadisənin erməni təxribatı olduğunu vurğulayıb:

 

"Aprelin 11-də sərhəddə baş verənlər təxribat xarakteri daşıyır, eyni zamanda, bir növ nəbz yoxlanılır. Amma Ermənistan Azərbaycanla müharibə etmək iqtidarında deyil. Sadəcə təxribatlara əl atmaqla vəziyyəti gərginləşdirmək istəyirlər. Ermənistanı belə addım atmağa sürükləyən və həvəsləndirən qüvvələr var. Ermənistanda Avropa İttifaqının (Aİ) müşahidəçi missiyası fəaliyət göstərir, lakin missiyanın fəaliyyətinin nəticəsini hələ də görmürük. Hesab edirəm ki, Ermənistan onlardan ilhamlanaraq təxribatçı addımlar atır. Digər tərəfdən beynəlxalq ictimaiyyəti öz yalanlarına inandırmağa çalışırlar. Görürük ki, Fransa Ermənistana dəstək verir, təbii ki, bunlar nəticə verməyəcək”. 

 

Politoloq Moskvada keçirilməsi planlaşdırılan görüşdən də söz açıb. Bildirib ki, bu, Ermənistanın son şansıdır:

 

“Növbəti görüş Rusiyada baş tutacaq. Bu, çox önəmlidir, tərəflər arasında növbəti razılaşma Rusiyada ola bilər. Görüşü diqqətlə izləmək lazımdır. Moskva görüşü Ermənistanın son şansı kimi qiymətləndirilə bilər”.

 

 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix isə düşünür ki, Ermənistana qarşı qətiyyətli addım atmağın vaxtı çatıb:  

 

“Fikrimcə, KTMT qoşunları Ermənistanla Azərbaycan sərhədinə göndərilməlidir. Bunun üçün Vladimir Putinlə İlham Əliyevin birbaşa razılığı lazımdır, Paşinyan lazım deyil. Əks halda, yaxşı addımlar gözləmək olmaz. Bu barədə Rusiya və Azərbaycan liderləri razılaşmalıdır.

 

Görüşə gəldikdə isə sülh müqaviləsinin imzalanması ilə bağlı daimi vədlərlə yanaşı, iqtisadi inteqrasiya istiqamətində əməli addımlar da gözləmək lazımdır. Amma bunlar kifayət deyil. Bizə hərbi-siyasi inteqrasiya lazımdır, bunun üçün çalışmaq lazımdır”.  modern.az



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər