Saytımızı qiymətləndirin


 
 

Ermənistan silahı yerə qoyur? - Polkovnikdən mühüm açıqlama
Tarix: 13-04-2023 | Saat: 12:12
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan silahı yerə qoyur? - Polkovnikdən mühüm açıqlama “Ermənistanın hərbi-siyasi rəhbərliyinin Tex kəndi yaxınlığında baş verən insidentlə bağlı verdikləri bəyanatlar daxili auditoriyaya hesablanıb”. 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Elxan Şıxəliyev deyib.

O, aprelin 11-də sərhədin Gorus-Laçın rayonları istiqamətində baş verən silahlı insident haqqında Ermənistan siyasi rəhbərliyinin bəyanatlarını şərh edib. 

Xatırladaq ki, ötən gün Ermənistan Milli Məclisində keçirilən hökumətin sual-cavab sessiyası zamanı hakim düşərgənin bir sıra deputatları, habelə Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri insident zamanı orduya atəş açmamaq barədə əmr verildiyini söyləyiblər.

Öz növbəsində, E.Şıxəliyev deyib ki, Ermənistan rəhbərliyi sərhəddə baş verən itkiləri əsaslandırmalıdırlar ki, niyə bu qədər hərbçi itirib: 

“Rəsmi məlumatlara görə, 4 nəfər həlak olub, 6 yaralı var. Ola bilsin ki, yaralıların sayı da artıqdır. Hətta yaralıları gizlətmək olsa da, döyüşdə məhv edilənləri gizlətmək mümkün deyil. 

Bundan başqa, hər zaman sərhəddə atışmaları həyata keçirən Ermənistan Silahlı Qüvvələrinin birinci eşelon bölmələri daim ordumuzun cavab tədbirləri nəticəsində itkilər verirlər”. 

Polkovnik aydınlaşdırıb ki, əgər Ermənistanın Baş naziri Nikol Paşinyan Ali Baş Komandan olaraq ordu korpusu komandirlərinə atəşkəsi pozmamaları üzərindən direktivlər verirsə və onlar da bu əmri yerinə yetirmirlərsə, deməli, bu, anarxiyadır: 

“Yuxarıdan göstəriş gəlir, lakin bunlar icra etmirlər. Bu, tabesizlikdir və belə bir şey mümkün deyil. Hazırda isə Ermənistan tərəfinin orduya atəş açmamaq əmri verməsi siyasi riyakarlıqdır. Düşünürəm ki, heç bir halda Ermənistanın Baş naziri və siyasilər atəş açılmaması əmri verməzlər. Çünki bilirlər ki, sərhədlər delimitasiya və demarkasiya edilməyib, eləcə də sülh sazişi də yoxdur və hər an insident baş verə bilər”. 

Hərbi ekspertin fikrincə, xüsusən də ermənilərin özü provokasiya edirlər ki, bölgədə lokal konfliktlər yaransın:

“Onlar Avropa İttifaqının regiondakı mülki missiyasına göstərməlidirlər ki, hələ ki sülh sazişinə münbit şərait yaradılmayıb. Çünki belə bir şərait yaradılsa, artıq sülh sazişi imzalanacaq və sərhədlər tanınacaq. O cümlədən Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa məcbur olacaq. Məhz bundan yayınmaq üçün təkcə Gorus-Laçın sərhədində yox, eləcə də Ermənistanla şərti sərhəddəki bütün təmas vəziyyətində də ermənilər hər zaman müxtəlif səbəblərdən bu kimi provokasiyalar edib, sonra da arxasından qaçacaqlar”. 

“Hazırda baş verənlər də budur. Çünki Paşinyan və tərəfdarları öz hakimiyyətlərini qorumaq üçün belə çıxışlar edirlər. Bu gün Ermənistanın daxilində çox güclü narazılıq baş verir. Xalq deyir ki, sülh sazişini imzalayın, sərhədlər tanınsın, bütün bu insidentlər qurtarsın ki, hər dəfə itki verə-verə getməyək. Ermənistan cəmiyyəti bu məsələ ilə bağlı çox ciddi surətdə Paşinyan hakimiyyətinə pressinq tətbiq edir. Hakimiyyət də daxildəki təzyiqi neytrallaşdırmaq üçün belə bəyanatlar verməlidir. 

Biz də bilməliyik ki, sülh sazişi yoxdursa, hər zaman silahlar danışacaq. Ona görə də biz mümkün ola biləcək bütün vəziyyətlərə hazır olmalıyıq”, – müsahibimiz tamamlayıb. 



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər