Tarix: 29-12-2021 | Saat: 15:31
Bölmə:Karusel / Siyasət | çapa göndər
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş 325 şəxsin, həmçinin Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri olan 31 nəfərin Dövlət Miqrasiya Xidmətində (DMX) təntənəli andiçmə mərasimi keçirilib.
DMX-dən Qarabaginfo.az-a verilən məlumata görə, Xidmət rəisi Vüsal Hüseynov iştirakçılara Azərbaycan vətəndaşlığına qəbul edilmələri münasibətilə təbriklərini çatdırıb, vətəndaşlıq hüququnun əhəmiyyətindən, üstünlüklərindən bəhs edib. O bildirib ki, qalib vətəndaşı olmaq qürurvericidir.
Sonra vətəndaşlığa qəbul olunan 325 nəfər təntənəli şəkildə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq and içiblər. Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.
Tədbirdən sonra Xidmət rəisi Vüsal Hüseynovun Azərbaycan vətəndaşlığına qəbul olunmuş şəhid və qazi ailələri ilə görüşü olub.
Digər xəbərlər