Saytımızı qiymətləndirin


 
 

Azərbaycan ağsaqqallarından Birinci Xanıma TƏBRİK
Tarix: 26-08-2023 | Saat: 12:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycan ağsaqqallarından Birinci Xanıma TƏBRİK

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ad günüdür. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın çoxsaylı üzvləri adından Mehriban xanımı təbrik edib.

 

Qarabaqinfo.az-a daxil olan təbrikdə deyilir:

 

Hörmətli Mehriban xanım!

 

Sizi – xalqımıza və dövlətimizə böyük xidmətlər göstərən vətənpərvər ictimai-siyasi xadimi, Azərbaycanın tərəqqisinə əvəzedilməz töhfələr verən dəyərli şəxsiyyəti, öz xeyirxahlığı və nəcibliyi ilə milyonların sevgisini qazanan alicənab insanı Ad Gününüz münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ölkəmizin inkişafı naminə məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq!

 

Siz Azərbaycanın Birinci vitse-prezidenti, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondun Prezidenti, ISESCO-nun xoşməramlı səfiri olaraq Vətənimizin daha qüdrətli dövlətə çevrilməsi, ölkəmizin tərəqqisi, rifahı və ali məqsədlərimizin reallaşdırılması yolunda yüksək nailiyyətlərə imza atırsınız. Azərbaycanın birinci xanımı, sədaqətli həyat yoldaşı olmaqla yanaşı, həm də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman ən böyük tərəfdaşı, əzmkar mübarizə yoldaşı kimi yorulmaz və qətiyyətli fəaliyyətinizlə ölkəmizin işıqlı gələcəyi uğrunda mübarizə aparan Dövlət Başçısını daim dəstəkləyir, respublikamızın sosial-iqtisadi və ictimai-mədəni inkişafında müstəsna rol oynayırsınız. Bütün vətəndaşlarımıza, xüsusilə şəhid ailələrinə, qazilərə, ahıllara göstərdiyiniz yüksək diqqət və qayğı Sizin fədakar fəaliyyətinizin əsasını təşkil edir. Yüksək intellektiniz, yenilməz iradəniz, tükənməz enerjiniz, nəcibliyinizlə, bir sözlə hər bir azərbaycanlı üçün layiqli örnək olaraq şəxsi keyfiyyətlərinizlə ölkəmizə yeni-yeni uğurlar qazandırırsınız.

 

Hörmətli Mehriban xanım!

 

Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi Ad Gününüz münasibətilə ürəkdən təbrik edir, dövlətimizin, xalqımızın xoşbəxt gələcəyi uğrundakı böyük xidmətlərinizi hər bir ölkə vətəndaş kimi, biz - Azərbaycan ağsaqqalları da yüksək qiymətləndirir, Sizə ən xoş arzularla gözəl əhval-ruhiyyə və ailə səadəti diləyirik!

 

Uca Allah möhtərəm Prezidentimiz cənab İlham Əliyevi, Sizi, Azərbaycan xalqını və doğma Vətənimizi qorusun!

 

Dərin hörmət və səmimiyyətlə,                              

Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı

üzvləri adından Şuranın sədri, 

millət vəkili, professor Eldar QULİYEV



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər
11-01-2021, 10:17 Neft yenidən bahalaşıb