Saytımızı qiymətləndirin


 
 

Sabahın havası – 17 dərəcə şaxta olacaq
Tarix: 25-11-2017 | Saat: 13:16
Bölmə:Karusel | çapa göndər

Sabaha olan hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, noyabrın 26-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

 

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-13° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq.

 

Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-4° isti, gündüz 9-14° isti, dağlarda gecə 4-9°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir. 



Xəbəri paylaş

618 dəfə oxunub.

Digər xəbərlər