Tarix: 16-01-2022 | Saat: 08:29
Bölmə:Karusel / Dünya | çapa göndər
Şənbə günü Fransanın şəhərlərində sanitar keçidlərə və məcburi peyvəndlərə qarşı keçirilən etiraz aksiyalarında 54 min nümayişçi iştirak edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Parisdə keçirilən nümayişlərdə 7 minə yaxın insan iştirak edib. Paytaxtdakı aksiya Milli Həmrəylik Partiyasının keçmiş sədr müavini Florian Filippo tərəfindən təşkil olunub.
Aksiyalar Parislə yanaşı, Bordo, Strasburq, Nant, Marsel, Lion, Klermon-Ferranda da keçirilib.
Tuluzada etirazçılar aqressiv nümayiş etdirərək iğtişaşlar törətməyə cəhd ediblər.
Polisin məlumatına görə, müxtəlif şəhərlərdə ümumilikdə 10 nəfəri saxlayıb.
Qeyd edək ki, 67 milyon əhalisi olan ölkədə təxminən 52 milyon insan peyvəndin tam kursunu başa vurub. 28,8 milyondan çox fransız gücləndirici (üçüncü) doza qəbul edib. Epidemiya başlayandan bəri Fransada 125 mindən çox insan koronavirusdan dünyasını dəyişib.
Digər xəbərlər