Saytımızı qiymətləndirin


 
 

Sabah Bakıda 25, rayonlarda 30 dərəcə isti olacaq
Tarix: 28-10-2023 | Saat: 12:39
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Sabah Bakıda 25, rayonlarda 30 dərəcə isti olacaq

Oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.



Xəbəri paylaş

1135 dəfə oxunub.

Digər xəbərlər