Saytımızı qiymətləndirin


 
 

Dünya böyük problemlə üz-üzə - ÜST-dən xəbərdarlıq
Tarix: 07-04-2023 | Saat: 08:43
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Dünya böyük problemlə üz-üzə - ÜST-dən xəbərdarlıq

 

Hazırda bir çox ölkələr tibb heyətinin və əlilliyi olan insanlara baxan işçilərin ciddi çatışmazlığı ilə qarşılaşır. 2030-cu ilə qədər dünyada bu peşələr üzrə mütəxəssis çatışmazlığı 10 milyon nəfərə çata bilər.


Qarabaginfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, tibb işçiləri və xəstəyə baxanların çoxu daha yaxşı əməkhaqqı və iş şəraiti dalınca digər dövlətlərə gedirlər.


Qebreyesus vurğulayıb ki, COVID-19 pandemiyası bu peşə sahiblərinin dəyərini xatırlatdı. Hələ pandemiyadan əvvəl bu mütəxəssislərin çoxu təhlükəli şəraitdə aşağı əməkhaqqı ilə işləyirdi.


ÜST rəhbəri diqqətə çatdırıb ki, qadınlar dünyada səhiyyə işçilərinin təxminən 70 faizini təşkil etsə də, həmin sektorda rəhbər vəzifələrin dörddəbirindən də az hissəsi onların payına düşür.


Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələri tibb işçilərini və xəstəyə baxanları qorumağa, onlar üçün təhlükəsiz iş şəraitini, layiqli əməkhaqqını, əmək hüquqlarının müdafiəsini təmin etməyə, habelə onları zorakılıqdan və diskriminasiyadan qorumağa çağırıb.



Xəbəri paylaş

196 dəfə oxunub.

Digər xəbərlər