Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Ordusunun aviasiya bölmələri təlim-məşq uçuşları keçirib - VİDEO
Tarix: 16-08-2025 | Saat: 16:20
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Ordusunun aviasiya bölmələri təlim-məşq uçuşları keçirib - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə pilotların uçuşun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanıb, daha sonra uçuş heyətləri təlimatlandırılıb.

Təlim-məşq uçuşları zamanı bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə havaya qalxma və yerə enmə, komanda-qərargah məntəqələri ilə qarşılıqlı əlaqədə hava və yerüstü hədəflərin aşkar edilməsi və digər fəaliyyətlər üzrə tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, təlim-məşq uçuşlarının əsas məqsədi aviasiya bölmələrinin döyüş hazırlığının və hərbi pilotların praktiki vərdişlərinin daha da artırılmasıdır.



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər

17-08-2025, 22:58Paşinyan üzr istədi