Saytımızı qiymətləndirin


 
 

Selçuk Bayraktar: Şuşadan salam gətirmişəm
Tarix: 30-08-2022 | Saat: 16:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qardaş Azərbaycandan, işğaldan azad edilən azad Şuşadan salam gətirmişəm.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyədə keçirilən “TEKNOFEST-2022 Qara Dəniz”in final mərhələsinin açılış mərasimində çıxış edən “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

 

"Bu gün tariximizin ən vacib günlərindən birini birlikdə qeyd edirik. Tam 100 il əvvəl türk milləti əsirliyə boyun əymədən Samsunda başladılan Qurtuluş müharibəsinə imza atdı. 30 avqust-Zəfər bayramımız münasibətilə hər birinizi təbrik edir, azad Vətəni bizə bəxş edən ulu öndərimiz Mustafa Kamal Atatürk başda olmaqla onun bütün silahdaşlarını, Vətən üçün mübarizə aparan ölkəmizin hər bir fərdini dərin hörmət və rəhmətlə yad edirik", - o bildirib.

 

Bayraktar, həmçinin vurğulayıb ki, tam 17 il əvvəl ilk təyyarəmizin prototipini hazırlayırdıq: "O gündən indiyədək gecə-gündüz demədən işlədik. Bu dövr ərzində müxtəlif maneələrlə üzləşdik. Lakin heç bir zaman təslim olmadıq. Bununla onu demək istəyirəm ki, heç bir zaman təslim olmayın".



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər