Saytımızı qiymətləndirin


 
 

Laçın dəhlizində şərtlər sərtləşdirilir: Yalnız Azərbaycan vətəndaşlığını qəbul edənlər Qarabağa buraxılacaq
Tarix: 06-04-2023 | Saat: 12:35
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azərbaycanın həkim briqadasının Xankəndi şəhərinə girişi sözsüz ki, günün hadisəsi idi. Bu hadisənin müxtəlif yozumları oldu və bunların hamısında müəyyən həqiqət payı var. İnteqrasiya, ermənilərin yumuşalması, Azərbaycan humanizminin təqdim olunması və sairə... 

Amma hamının diqqətində yayınan bir məqam var ki, onu mütləq qeyd etmək lazımdır. 
Verilən məlumatlarda bildirilirdi ki, Ermənistandan Qarabağa gələn mülki vətəndaşlar olub. Sözsüz ki, bu mülki vətəndaşlar xüsusi yoxlamadan keçiblər. Verilən məlumatlarda o da bildirilirdi ki, mülki vətəndaşların keçidi üçün əvvəlcədən razılaşma və ya Azərbaycan tərəfinə xəbərdarlıq olunmayıb. Deməli Azərbaycan tərəfi Laçın dəhlizi ilə keçən şəxslərlə bağlı xəbərdar olunmalı və ya bu keçid razlaşdırılmalıdır. 
Daima mülki şəxslərin və humanitar yüklərin keçidinə heç bir maneə olmadığını söyləyən rəsmi Bakının bu tələbi bir qədər anlaşılmazlıq yarada bilərdi. Yəni məntiqlə mülki şəxslər, silah-sursat və ya heç bir qadağan olunmuş başqa yüklərsiz rahat keçməli idi. Amma verilən məlumatdakı “əvvəlcədən razılaşdırılmamaq” məsələsi sual yaradır. Demək nəsə yeni bir reallıq ortaya çıxıb.
Bəli. Doğurdan da yeni reallıq ortaya çıxıb. Həm Azərbaycanın hökumət strukturlarından, həm də erməni mənbələrində əldə olunan məlumata görə, rəsmi Bakı şərtləri sərtləşdirmək qərarına gəlib. 
Yaranmış durumda rəsmi Bakının tələbi ondan ibarətdir ki, Laçın dəhlizi ilə Xankəndinə gəlmək istəyən Qarabağ sakini olan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Əks təqdirdə onların Qarabağa girişində müəyyən əngəllər ola bilər. 
Hələlik Azərbaycanın bu tələbi hansı rıçaqlarla təmin edəcəyi barədə məlumatlar yoxdur. Amma rəsmi Bakının bu tələbi gündəmdədir və görünən odur ki, geriyə dönüşü olmayan tələbdir.



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər