Saytımızı qiymətləndirin


 
 

Kreml NATO sammitini diqqətlə izləyəcək
Tarix: 09-07-2024 | Saat: 14:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Kreml stok fotoğraflar | Kreml telifsiz resimler, görseller | Depositphotos

Kreml iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində bəyanatları və qərarları diqqətlə izləyəcək, çünki alyans Rusiyaya düşmən kimi baxır və Ukrayna münaqişəsində iştirak edir.

qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz NATO sammitini mümkün qədər yaxından izləyəcəyik. Bilirsiz, Şimali Atlantika Alyansı Rusiya Federasiyasını düşmən hesab edən, döyüş meydanında Rusiyaya strateji məğlubiyyət vermək məqsədini dəfələrlə bəyan etmiş, Ukrayna münaqişəsində Ukrayna tərəfində birbaşa iştirak edən bir ittifaqdır. Ona görə də, Moskva sammitdəki ritorikanı, danışıqları, qəbul olunacaq və kağız üzərində yazılacaq qərarları ən yaxından izləyəcək”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, NATO sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək. Onun əsas mövzularının Rusiya ilə qarşıdurma və Ukraynaya hərbi dəstək olacağı gözlənilir. Həmçinin alyansın hərbi potensialının gücləndirilməsi, iştirakçı ölkələrin ordularının sayının artırılması, yeni silahların, o cümlədən hava və raketdən müdafiə sistemlərinin əldə edilməsi, eləcə də Avropa dövlətlərinin müdafiə xərclərinin artırılması ilə bağlı yeni tələblər barədə müzakirələr aparılacaq.



Xəbəri paylaş

164 dəfə oxunub.

Digər xəbərlər