Saytımızı qiymətləndirin


 
 

Moldova ABŞ, Britaniya və Rumıniya xüsusi təyinatlıları ilə birgə təlimlərə başlayıb
Tarix: 27-03-2023 | Saat: 13:46
Bölmə:Karusel / Siyasət | çapa göndər

Moldovada Britaniya, Rumıniya və ABŞ-ın xüsusi təyinatlı qüvvələri ilə birgə hərbi təlimlər başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Aprelin 7-dək davam edəcək təlimlərlə bağlı vətəndaşlara yollarda hərbi texnikanın hərəkəti ilə bağlı xəbərdarlıq edilib, bu barədə spekulyativ fikirlər səsləndirməmək xahiş olunub.

“Təlimlər Moldova, Rumıniya, ABŞ və Britaniya xüsusi təyinatlılarının döyüşçüləri arasında təcrübə mübadiləsi, həmçinin qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması məqsədi daşıyır”, – məlumatda deyilir.

Dörd ölkənin hərbi qulluqçuları atıcılıq, paraşütlə tullanma və səhra təlimləri keçirəcəklər.(Azpost.info)



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər