Saytımızı qiymətləndirin


 
 

Zaxarovanın Bakı ilə Tehran arasındakı gərginliyə münasibəti
Tarix: 22-10-2021 | Saat: 07:45
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Bütün bu məsələlər İran da daxil olmaqla…” – Zaxarovadan Bakı və Tehran arasındakı gərginliyə REAKSİYAwhatsapp sharing buttonemail sharing buttonprint sharing button

“Rusiya, Azərbaycan və İran sərhədində gərginliyin azaldılmasının tərəfdarıdır”.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova səsləndirib:

“Əminik ki, iki ölkə arasındakı bütün məsələlər yalnız siyasi və diplomatik yollarla həll edilməli, fikir ayrılıqları mehriban qonşuluq ruhunda aradan qaldırılmalıdır. Biz də öz növbəmizdə Cənubi Qafqazdakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün səy göstəririk. Əlbəttə ki, bütün bu məsələlər İran da daxil olmaqla bütün region dövlətlərinin maraqları nəzərə alınmaqla həllini tapmalıdır” – deyə Zaxarova vurğulayıb.

Zaxarova əlavə edib ki, Rusiya şirkətləri Azərbaycanın işğaldan azad edilən ərazilərində bərpa və yenidənqurma işlərinə qoşulmağa hazırdır:

“Bu il iyulun 23-də iqtisadi inkişaf nazirinin müavininin rəhbərlik etdiyi işgüzar missiya əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün Bakıya səfər etmişdi.  17-18 noyabr tarixlərində bəzi  Rusiya şirkətləri Azərbaycana yenidən səfər etməyi planlaşdırır. Rusiya-Azərbaycan qarşılıqlı əməkdaşlığının praktiki şəkildə həyata keçirilməsinin ən bariz nümunələrindən biri, Cəbrayıl rayonunda birgə “KAMAZ” xidmət mərkəzinin və Gəncə Avtomobil Zavodu istehsal birliyinin təməlinin qoyulması idi. Biz əlbəttə ki, Rusiyanın bu istiqamətdə gördüyü işlərin Azərbaycanda mövcud olmasında maraqlıyıq. Bu işləri Moskva və Bakı arasındakı əlaqələrin vacib komponenti hesab edirik” – Zaxarova fikirlərini tamamlayıb.



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər