Ana Sayfa > Karusel / Siyasət > Moldova ABŞ, Britaniya və Rumıniya xüsusi təyinatlıları ilə birgə təlimlərə başlayıb

Moldova ABŞ, Britaniya və Rumıniya xüsusi təyinatlıları ilə birgə təlimlərə başlayıb


27-03-2023, 13:46. Yazar: Admin

Moldovada Britaniya, Rumıniya və ABŞ-ın xüsusi təyinatlı qüvvələri ilə birgə hərbi təlimlər başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Aprelin 7-dək davam edəcək təlimlərlə bağlı vətəndaşlara yollarda hərbi texnikanın hərəkəti ilə bağlı xəbərdarlıq edilib, bu barədə spekulyativ fikirlər səsləndirməmək xahiş olunub.

“Təlimlər Moldova, Rumıniya, ABŞ və Britaniya xüsusi təyinatlılarının döyüşçüləri arasında təcrübə mübadiləsi, həmçinin qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması məqsədi daşıyır”, – məlumatda deyilir.

Dörd ölkənin hərbi qulluqçuları atıcılıq, paraşütlə tullanma və səhra təlimləri keçirəcəklər.(Azpost.info)


Geri dön