Saytımızı qiymətləndirin


 
 

Serial qəhrəmanlarının adını uşaqlara verənlərin sayı artıb - RƏSMİ
Tarix: 01-03-2022 | Saat: 11:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda xarici serialların və cizgi filmlərinin personajlarının adını övladlarına vermək istəyən ailələrin sayı artıb. 


Qarabaginfo.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli “Adın, ata adının, soyadın dəyişdirilməsi” mövzusunda onlayn brifinqdə deyib.


N.Səfərlinin sözlərinə görə, valideynlər bilməlidir ki, hansısa xarici ölkədə normal səslənən ad Azərbaycan dilində düzgün səslənmir və ya fərqli anlaşılır:

 

"Bu isə gələcəkdə həmin uşaqların çətinliklə qarşılaşmasına səbəb ola bilər. Ədliyyə Nazirliyi tərəfindən nəşr etdirilən şəxs adları lüğəti bütün icra hakimiyyəti və qeydiyyat şöbələrində yerləşdirilib. Nazirliyin elektron xidmətləri vasitəsilə də adlarla bağlı ətraflı məlumat ala bilərlər”.



Xəbəri paylaş

253 dəfə oxunub.

Digər xəbərlər