Saytımızı qiymətləndirin


 
 

Kılıçdaroğlu Məhərrəm İncədən nə xahiş edəcək?
Tarix: 22-03-2023 | Saat: 15:39
Bölmə:Karusel / Region | çapa göndər

Kılıçdaroğlu Məhərrəm İncədən nə xahiş edəcək?

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri, Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu Məmləkət Partiyasının sədri Məhərrəm İncə ilə görüşmək istəyir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kılıçdaroğlu özü məlumat verib. CXP lideri bildirib ki, görüş təklifi onlardan gəlib.

"Görüş üçün müraciət edəcəyik. Məsləhət olsa, münasib bir vaxtda Məhərrəm bəylə görüşəcəyik", - deyə müxalifətin prezidentliyə vahid namizədi bildirib.

Kamal Kılıçdaroğlu Məhərrəm İncə ilə hansı məsələni müzakirə edəcəklərini açıqlamayıb. Onun İncədən Millət İttifaqının namizədlinə dəstək verməyi xahiş edəcəyi güman olunur.(Yenisabah.az) 



Xəbəri paylaş

190 dəfə oxunub.

Digər xəbərlər