Saytımızı qiymətləndirin


 
 

BMT-nin Baş katibi Əfqanıstanda insan haqlarının pozulması hallarına son qoymağa çağırıb
Tarix: 16-08-2021 | Saat: 09:15
Bölmə:Karusel / Dünya | çapa göndər

BMT-nin Baş katibi Əfqanıstanda insan haqlarının pozulması hallarına son qoymağa çağırıb

BMT-nin baş katibi Antonio Quterreş “Taliban” hərəkatı üzvlərini və Əfqanıstanda münaqişənin digər tərəflərini maksimum dərəcədə təmkinli olmağa çağırıb.

 

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Baş katibin ofisinin yaydığı məlumatda deyilir.

“BMT Baş katibi Əfqanıstandakı vəziyyəti böyük narahatlıqla izləyir. O, “Taliban” və bütün digər tərəfləri insanların həyatlarını qorumaq və humanitar ehtiyacları təmin etmək üçün maksimum dərəcədə təmkinli olmağa çağırır”, - deyə məlumatda qeyd olunub.

BMT baş katibi, həmçinin Əfqanıstanda bütün insan hüquqları pozuntularına son qoyulmasınna dair çağırış edib. O, BMT-nin əvvəlki kimi Əfqanıstan xalqına humanitar yardım göstərilməsinə sadiq qaldığını bəyan edib:

“BMT münaqişənin sülh yolu ilə həll edilməsinə, bütün əfqanların, xüsusilə qadın və qızların hüquqlarının təbliğinə və insan həyatlarının qorunması məqsədilə ehtiyac içində olan mülki vətəndaşlara lazımi humanitar yardım göstərilməsinə sadiqdir”.(Apa)



Xəbəri paylaş

1277 dəfə oxunub.

Digər xəbərlər