Saytımızı qiymətləndirin


 
 

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var
Tarix: 03-09-2024 | Saat: 20:11
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - VİDEO - YENİLƏNİB-1

Rusiyanın Ukraynanın Poltava şəhərinə ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

***

18:22

Rusiyanın Ukraynanın Poltava şəhərinə ballistik raket zərbələri nəticəsində ölənlərin sayı artıb.

Qarabaginfo.az xəbər verir ki, Ukraynanın birinci xanımı Yelena Zelenskaya raketlərin təhsil müəssisəsinə və xəstəxanaya düşməsi nəticəsində ölənlərin sayının 47-yə yüksəldiyini bildirib.

Y, Zelenskaya yaralılarının sayının da artaraq 206-ya çatdığını deyib.

***

15.30

Rusiya ballistik raketlərlə Ukraynanın Poltava şəhərinə zərbələr endirib.

Qarabaginfo.az “Ukrainskaya Pravda“ nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski hücum nəticəsində 41 nəfərin öldüyünü açıqlayıb.

“İndiyə olan məlumata görə, iki ballistik raket atılıb. Raketlər təhsil müəssisəsi və qonşuluqda yerləşən xəstəxana ərazisinə düşüb.

Rabitə İnstitutunun binalarından biri qismət dağılıb, insanlar dağıntılar altında qalıb. Dağıntılar altında qalanların əksəriyyətini xilas etmək mümkün olub. 180 nəfər yaralanıb. Təəssüf ki, çoxlu sayda insan həlak olub. Məndə olan məlumata görə, indiyədək 41 nəfər ölüb ", - deyə Zelenski bildirib.(Apa)



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər