Saytımızı qiymətləndirin


 
 

Ərdoğanın rəqibinin kimliyi bəlli oldu
Tarix: 06-03-2023 | Saat: 13:03
Bölmə:Karusel / Region | çapa göndər

Ərdoğanın rəqibinin kimliyi bəlli oldu

Türkiyənin müxalif “Millət ittifaqı” mayın 14-də keçiriləcək ümumi seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlunu ortaq namizəd kimi elan etmək niyyətindədir. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hürriyet” etibarlı mənbələrinə istinadla məlumat yayıb.

Eyni zamanda, qəzet seçicilərin əksəriyyətinin Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğana səs verə biləcəyini də istisna etmir:

“Seçkinin nəticəsi əvvəlcədən müəyyən edilib və qərar birinci turdan sonra veriləcək. Bu cür proqnozlar müxalifətin sıralarındakı ziddiyyətlərlə şərtlənir”, – KİV yazıb.

Xatırladaq ki, martın 3-də müxalifətdə olan İYİ Partiya lideri Meral Akşener alyansın artıq xalqın real maraqlarını əks etdirmədiyini açıqlayıb. Tərəflər arasında yaranan münaqişənin əsas səbəbi isə “Altılı Masa” üzvü olan 5 müxalifət partiyasının daha əvvəl CHP lideri Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyini irəli sürməsi təklifi olub. İYİ Partiya sədri Meral Akşener isə İstanbul və Ankara bələdiyyə sədrləri Ekrem İmamoğlu və Mansur Yavaşın namizədliyini müzakirə etmək niyyətində olduğunu söyləyib edib.

Bundan sonra Prezident Receb Tayyib Ərdoğan bəyan edib ki, onun opponentləri xalqı deyil, daha çox öz mülklərini düşünürlər.

Qeyd edək ki, “Altılı Masa” (müxalifət blokunu ekspertlər və jurnalistlər belə adlandırırlar – red.) Kılıçdaroğlunun təşəbbüsü ilə 2022-ci ilin fevralında yaranıb. “Altılı Masa”nın iştirakçıları İYİ Partiya lideri Meral Akşener, sağçı mühafizəkar sünni partiyası olan “Səadət”in lideri Temel Karamollaoğlu, “kemalist” mühafizəkar “Demokratik Partiyası”nın lideri Gültekin Uysal, liberal “Demokratiya və Tərəqqi Partiyası”nın (DEVA) lideri, keçmiş Baş nazirin müavini Ali Babacan və Türkiyənin keçmiş Baş naziri və keçmiş xarici işlər naziri, “Gelecek” Partiyasının lideri Ahmet Davudoğludur.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də ölkədə ümumi seçkilərin mayın 14-də keçirilməsinin planlaşdırıldığını təsdiqləyib. Ərdoğan özü ikinci müddətə namizəd olacaq.(Yenisabah.az) 



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər