Saytımızı qiymətləndirin


 
 

Azərbaycana daha 5 minaaxtaran it gətirilib
Tarix: 24-02-2023 | Saat: 11:32
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azərbaycana daha 5 minaaxtaran it gətirilib

İşğaldan azad edilmiş ərazilən bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir.

ANAMA-dan Qarabaginfo.az-a verilən xəbərə görə, Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən daha 5 baş Malinua cinsli minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.

Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər öz bələdçiləri ilə uyğunlaşma təlimindən və Beynəlxalq Minatəmizləmə Standartlarına (İMAS) uyğun akkreditasiyadan keçirildikdən sonra Qarabağda minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.

Qeyd edilib ki, minaaxtaran itlərin mərhələli şəkildə ölkəyə gətirilməsi Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq həyata keçirilir.



Xəbəri paylaş

1112 dəfə oxunub.

Digər xəbərlər