Qazilərin nəqliyyat problemi müzakirə olundu
Tarix: 05-05-2023 | Saat: 21:45
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər



1242 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-05-2023 | Saat: 21:45
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bu gün "Müstəqil Nəqliyyatçılar" İctimai Birliyinin təşəbbüsü ilə Qarabağ qazilərinin nəqliyyatla bağlı problemlərinə həsr edilmiş maraqlı tədbir keçirildi.
Tədbirdə dövlət tərəfindən qazilərə verilən nəqliyyat vasitələrini idarə edən zaman onların qarşılaşdıqları problemlər və bu problemlərin həlli yolları ilə bağlı müzakirələr aparıldı.
Avtosfer.az saytının baş redaktoru, Elməddin Muradlının moderatorluğu ilə keçirilən tədbirdə milli məclisin üzvləri, dövlət qurumlarının, Qeyri-Hökumət Təşkilatları və Vətəndaş Cəmiyyətini nümayəndələri iştirak edirdilər.
“Müstəqil Nəqliyyatçılar” İctimai Birliyinin sədri, hüquqşünas Ərşad Hüseynov çıxış edərək qazilərin qarşılaşdığı müxtəlif çətinliklər baradə məlumat verdi. Ərşad Hüseynov qeyd etdi ki, başlıca məqsəd qazilərin illərdi yığılıb qalan borclarının silinməsidir. Qazilərin idarə etdikləri nəqliyyat vasitələrinin mühərrikinin həcminin kiçik olmasına görə sığorta və texniki baxışla bağlı yaranan cərimələrdən və digər problemlərdən danışan natiq məsələnin həlli üçün dövlət qurumlarını nümayəndələrinə müraciət etdi. Əlil arabası ilə hərəkət edən qazilərin şəhərin bəzi yerlərində çətinliklərlə qarşılaşdığını vurğulayan Ə. Hüseynov bu sahədə xeyli işlərin görüldüyünü bildirərək prosesin davam etdirilməsinin vacib olduğunu vurğuladı. Ə. Hüseynov qazilərin avtomobillərini dövlət nömrə nişanı olmadan idarə etməməyi və qayda pozuntusuna görə yaranan cərimələrin vaxtında ödəmələrini tövsiyə etdi.
Qazilərin İctimai Birliyinin sədri Asəf Əliyev bildirdi ki, müzakirə olunan borclar əslində 2016-cı ildə qanunda edilən dəyişikliklərdən sonra yaranıb. O bildirdi ki, əvvəllər qazilərə verilən avtomobillərin motor gücü zəif olduğuna görə texniki baxışdan keçmirdi və sığorta olunmurdu. 2016-cı ildə kameralar vasitəsi ilə elektron protokollar tərtib olunduqdan sonra qazilərin xəbəri olmadan cərimələr yazılmağa başladı və bu cərimələr toplanaraq böyük məğləğə çevrildi.
Milli Məclisin deputatı Vüqar İsgəndərov çıxış edərək qeyd olunan problemlərin milli məclisin plenar iclasında müzakirəyə çıxaracağını bildirdi.
İcbar Sığorta bürosunun içraçı direktoru Rəşad Əhmədov bildirdi ki, qazilərə verilən avtomobillərin motor həcminin kiçik olmasına görə sığorta olunmaması problemi bu ilin yanvar ayından etibarən həllini tapıb. Belə ki, 2023-cü ilin yanvar ayından etibarən istənilən şəxs kiçik həcmli mühərrikə malik avtomobilini heç kimə müraciət etmədən elektron qaydada avtomobilini sığortalaya bilər.
Baş Dövlət Yol Polis İdarəsinin şöbəsinin rəisi Rövşən Tağıyev DYP əməkdaşlarının daima qazilərə diqqətlə yanaşdıqlarını bildirərək təmsil olduğu qurumun qeyd olunan problemi müzakirə etməkdə maraqlı olduğunu bildirdi. O bildirdi ki, əvvəllər uşaqlar və gənclər film qəhrəmanlarını özlərinə nümunə götürürdülərsə, indi Qarabağ qazilərini nümunə götürürlər. Bu səbəbdən qazilərimiz elə davranmalıdırlar ki uşaqdan böyüyə qədər hamıya, eyni zamanda digər sürücülərə də nümunə olsunlar.
Tədbirin sonunda qərara alındı ki, problemin müsbət həlli üçün ölkə prezidenti İlham Əliyevə müraciət hazırlansın.




Xəbəri paylaş
Digər xəbərlər
15-07-2025, 10:52
"Vətən yaxşıdır" dastanı yazan Xudayar Yusifzadə
5-11-2020, 11:35
Qarabağda daha 12 PKK/YPG terrorçusu məhv edildi
29-11-2021, 19:36
COVID sertifikatının hansı qaydada veriləcəyi müəyyənləşib
17-07-2020, 15:59
Ərdoğan: "Cənab İlham Əliyevlə danışıqları davam etdirirəm, Azərbaycana dəstək verəcəyik"
6-09-2025, 19:17
Taekvondo üzrə dünya çempionu Emin Çətinbağ Rusiyada saxlanılıb
25-11-2023, 11:56
İlham Əliyevdən təbrik MƏKTUBU
23-04-2025, 16:48
Türkiyə parlamentinin spikeri güclü zəlzələyə hazır olmağa çağırıb

















