Saytımızı qiymətləndirin


 
 

Mirzoyana sui-qəsd təşkil edən şəxslərdən biri TUTULDU - FOTO
Tarix: 22-02-2023 | Saat: 11:07
Bölmə:Karusel / Region | çapa göndər

Mirzoyana sui-qəsd təşkil edən şəxslərdən biri TUTULDU - FOTO

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana sui-qəsddə şübhəli bilinən şəxslərdən biri həbs edilib.

 

Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Bildirilib ki, söhbət 2020-ci ilin noyabrında İrəvan, Bakı və Moskva arasında üçtərəfli bəyanatın imzalandığı gecə o zaman parlamentin sədri olan Ararat Mirzoyana hücumda iştirak edən vətəndaş T.A.-dan gedir.

 

"O, 2 ay müddətinə həbs edilib, istintaq davam edir", - deyə qeyd olunub.

 

Xatırladaq ki, 2020-ci ilin 10 noyabr gecəsində İrəvanda qəzəbli kütlə hökumət binasına daxil olmuş, dağıntılar törətmişdi. Ermənistan baş naziri Nikol Paşinyanı axtaran etirazçılar Mirzoyana rast gəlmiş və onu ölümcül şəkildə döymüşdülər. Buna görə o, bir neçə ay müalicə almalı olmuşdu.

 



Xəbəri paylaş

1127 dəfə oxunub.

Digər xəbərlər