Saytımızı qiymətləndirin


 
 

Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi
Tarix: 18-08-2026 | Saat: 20:54
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.

Bəxtiyar Həsənov bir müddət saxlanıldığı miqrantların müvəqqəti saxlanma məntəqəsindən hava limanına gətirilərək, Rusiya Federasiyasından deportasiya olunub.

Qeyd edək ki, Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ötən il ləğv olunub. Bu ilin iyun ayında o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib. / APA/



Xəbəri paylaş

20 dəfə oxunub.

Digər xəbərlər