Saytımızı qiymətləndirin


 
 

Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Tarix: 13-11-2026 | Saat: 08:18
Bölmə:Karusel / Dünya | çapa göndər

Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar

Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) silahlı qüvvələri pilotsuz uçuş aparatları və ballistik raketlə Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft-qaz şirkətinin ər-Riyaddakı obyektinə, həmçinin ölkənin cənubundakı hava limanına və aviabazaya zərbələr endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyə məlumat verib.

Onun sözlərinə görə, husilər ər-Riyaddakı “Aramco” şirkətini PUA ilə hədəfə alıb və əməliyyatın məqsədinə nail olublar.

Səriyənin iddiasına görə, Şarura hava limanında hərbi-nəqliyyat təyyarəsinə də PUA ilə hücum edilib.

Bundan başqa, Xamis-Muşayt şəhərindəki aviabaza ballistik raketlə vurulub.



Xəbəri paylaş

2 dəfə oxunub.

Digər xəbərlər