Ana Sayfa > Karusel / Dünya > Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar

Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar


Bu gün, 08:18. Yazar: Admin

Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar

Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) silahlı qüvvələri pilotsuz uçuş aparatları və ballistik raketlə Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft-qaz şirkətinin ər-Riyaddakı obyektinə, həmçinin ölkənin cənubundakı hava limanına və aviabazaya zərbələr endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyə məlumat verib.

Onun sözlərinə görə, husilər ər-Riyaddakı “Aramco” şirkətini PUA ilə hədəfə alıb və əməliyyatın məqsədinə nail olublar.

Səriyənin iddiasına görə, Şarura hava limanında hərbi-nəqliyyat təyyarəsinə də PUA ilə hücum edilib.

Bundan başqa, Xamis-Muşayt şəhərindəki aviabaza ballistik raketlə vurulub.


Geri dön