Saytımızı qiymətləndirin


 
 

Sabah Bakıda yağış yağacaq
Tarix: 19-02-2021 | Saat: 13:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabah Bakıda yağış yağacaq

 

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecəyə doğru yağışın sulu qara keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

Qarabaginfo.az xəbər verir ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Fevralın 20-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 20-21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.



Xəbəri paylaş

1355 dəfə oxunub.

Digər xəbərlər