Saytımızı qiymətləndirin


 
 

Tanışını öldürən 71 yaşlı kişinin məhkəməsi başlayır
Tarix: 14-02-2023 | Saat: 16:12
Bölmə:Karusel | çapa göndər

Tanışını öldürən 71 yaşlı kişinin məhkəməsi başlayır

 

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq yekunlaşıb.

 

Baş Prokurorluqdan Qarabaginfo.az-a verilən məlumata görə, Zaqatala rayon sakini 1970-ci il təvəllüdlü Elxan Xəlilovun ötən il noybarın 4-də öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

 

İbtidai istintaqla 1952-ci il təvəllüdlü Qriqoriy Burqandinovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı tanışı Elxan Xəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Toplanmış sübutlar əsasında Qriqoriy Burqandinova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Cinayət işi üzrə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Xəbəri paylaş

110 dəfə oxunub.

Digər xəbərlər