Saytımızı qiymətləndirin


 
 

Lavrov ATƏT-i faydasız təşkilat adlandırıb
Tarix: 05-12-2024 | Saat: 15:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

Lavrov ATƏT Nazirlər Şurasında təşkilatın faydasız olduğunu bildirdi - Unikal.az

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) qarşısına qoyduğu vəzifələr çərçivəsində ən azı müəyyən mənada faydalı ola biləcəyi sahələr qalmayıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasında çıxışı zamanı deyib.

“Elə bir sahə qalmayıb ki, ATƏT öz səlahiyyətləri çərçivəsində birbaşa suallara cavab tapmaqda ən kiçik də olsa faydalı rol oynaya bilsin. ATƏT daxilində real siyasətdə nə əməkdaşlığa, nə də təhlükəsizliyə yer qalmayıb”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Lavrov Maltada ATƏT Nazirlər Şurasında Rusiya nümayəndə heyətinə rəhbərlik edir. Bu, Ukrayna müharibəsi başlayandan sonra Rusiya XİN başçısının Avropa İttifaqı ölkəsinə ilk səfəri olub.



Xəbəri paylaş

60 dəfə oxunub.

Digər xəbərlər
21-04-2021, 16:35 Yoluxanların sayı azaldı