Saytımızı qiymətləndirin


 
 

Xəstəxanada robotlar gecə növbəsində xidmət göstərəcəklər
Tarix: 06-01-2018 | Saat: 13:47
Bölmə:Sosial | çapa göndər

 

Yaponiyanın Nagoya Universitetinin xəstəxanasında fevraldan etibarən gecə növbəsində artıq robotlar xidmət göstərəcək.

 

Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir. 

 

Məlumata görə, “Toyota” şirkətinin xəstəxana üçün xüsusi hazırladığı robotlar xəstələrə dərman verəcək, tibb bacılarına ləvazimatların daşınmasında və çatdırılmasında kömək edəcək. Xəstəxananın mərtəbələri arasında da hərəkət edəcək robotların axşam saat 5-dən səhər saat 8-dək xidmət göstərməsi planlaşdırılır.

 

Hər biri 90 litrlik dolaba sahib olan robotlar insanlarla qarşılaşdıqları zaman nəzakətlə davranacaq. Bununla da tibbi heyətin xəstəxanadakı iş yükü azalacaq və bir sıra problemlər aradan qalxacaq.

 

Xəstəxanada robotlardan ilk mərhələdə bir il müddətinə istifadə ediləcək. Əgər bu layihə uğurlu olarsa “Toyota” şirkəti ilə daha uzunmüddətli müqavilə imzalanacaq.



Xəbəri paylaş

664 dəfə oxunub.

Digər xəbərlər