Daha bir muzdlu gürzlə edam edildi - Nujinlə eyni xəstəliyə tutulduğuna görə...
Tarix: 13-02-2023 | Saat: 15:54
Bölmə:Karusel / Region | çapa göndər
1141 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-02-2023 | Saat: 15:54
Bölmə:Karusel / Region | çapa göndər
"Əvvəlcə Ukrayna şəhərlərinun birində huşunu itirirsən, sonra özünün sonuncu məhkəmə iclasında oyanırsan..."
"Mən öz cəbhədə olanda anladım ki, bu, mənim savaşım deyil. Krım onsuz da Ukraynaya keçəcək, Rusiya isə mənə lazım deyil..."
"Vaqner qrupu" özəl hərbi şirkətlə əlaqəli olan "Grey Zone" Telegram-kanalında dərc edilən videoda Ukrayna hərbçilərinə əsir düşən "vaqnerçi"nin ilkin olaraq güman edilən qətli göstərilib. Bundan öncə kanal "vaqnerçi" muzdlu Yevgeni Nujinin məhkəmədənkənar edam çarxını dərc edib.
Moderator.az xəbər verir ki, bu barədə "УНИАН" nəşri məlumat yayıb.
Dərc edilən kadrlarda başı skoçla daşa bağlanan adamı görmək olar. O, özünü Dmitri Yakuşenko kimi təqdim edir və deyir ki, "Ukraynada, Krımda" anadan olub, həbsxanaya düşüb, "Vaqner qrupu" şirkətinin tərkibində cəbhəyə yollanıb, lakin tezliklə anlayıb ki, döyüşmək istəmir.
"Özünün sondan öncəki həbsinə 19 yaşında Krımda quldurluq və qətlə görə düşüb, azad olmaq və günahlarını yumaq şansından yararlanmaq istəyib və "Vaqner qrupu"na daxil olub, dörd gündən sonra düşmən tərəfinə qaçıb. Əsirlikdə isə ilkin olaraq xəyanətini etiraf edib. Həmçinin belə fikir və ümid ufadə edib ki, Krım Ukraynaya keçəcək, Rusiya isə ona lazım deyil", - "Grey Zone" yazıb.
Qeyd edilir ki, Yakuşenko da "eyni xəstəliyə tutulub, bu zaman Uktayna şəhərlərində- gah Kiyevdə, gah Dneprdə huşunu itirirsən, sonra özünün sonuncu məhkəmə iclasında oyanırsan".
"Ön cəbhədə olanda anladım ki, bu, mənim savaşım deyil. Bu gün mən Dneprin küçələrində olmuşam, orada başımdan zərbə alıb huşumu itirmişəm. Oyananda otaqda dedilər ki, məhkum olunacağam", - kişi edamından bir beçə saniyə öncə deyib.
Bu sözlərdən sonra naməlim şəxs gürzlə onun başına zərbə endirir. Bu məqamda kadrın çox hissəsi bulanıqdır, ona gərə də sonradan nəyin baş verdiyini anlamaq olmur, mümkün deyil. Lakin 'Yakuşenko" dərhal geriyə yıxılır, əlində gürz olan adam ona zərbələr vurmaqda davam edir. Edam bu sözlərlə müşahidə edilib: "Xəyanətə görə məhkəmə videosu".
Videoda məhz bu ad və soyadda olan insanın təsvir edilməsini yalnız onun "Grey Zone" Telegram-kanalında dedikləri və verdiyi məlumatlar təsdiq edir. Edam edilən əsir Yakuşenko ilə bağlı vəziyyəti Ukrayna tərəfi şərh etməyib.
Qeyd edək ki, Yakuşenkonun müsahibəsi ilk dəfə noyabrın 14-də Ukraynanın "24 kanal" nəşrində dərc edilib. Bu müsahibəyə indiyədək çıxış var və milyondan çox baxış sayı toplanıb.
Xəbəri paylaş
Digər xəbərlər
16-01-2021, 14:00
Partlayış Xankəndidə eşidiləcək – Ruslar xəbərdarlıq etdi
5-04-2023, 15:27
Türkiyədə bu ittifaq seçkilərə 2 proporsional siyahı ilə qatılacaq
20-01-2022, 17:16
Türkiyə 72 şəhidin qisası üçün 72 təyyarə ilə ƏMƏLİYYATA BAŞLADI
13-12-2022, 14:07
Temperatur yüksələcək - 17 dərəcə isti olacaq
31-03-2023, 13:57
44 günlük müharibə və sonrasında Azərbaycanın perspektivinin marjinallaşdırılmasına çalışılır - HESABAT
8-08-2022, 10:55
Azərbaycanda mobil telefonla dəmir yolu bileti almaq mümkün olacaq
7-03-2024, 14:53
Prezidentin yüksək vəzifə verdiyi Elçin Yusubov kimdir?
24-07-2023, 15:11
Prezident: Azərbaycan-Çin münasibətləri qarşılıqlı hörmət və dostluq üzərində qurulub