Tarix: 18-06-2021 | Saat: 10:44
Bölmə:Karusel / Gündəm | çapa göndər
Əlilliyin müəyyən olunması zamanı iki amil nəzərə alınacaq.
Qarabaginfo.az-ın məlumatına görə, bu, “Əlilliyin müəyyən olunması Meyarları”nda əksini tapıb.
Əlilliyin müəyyən olunması zamanı aşağıdakı iki amil nəzərə alınır:
- vətəndaşların tibbi-sosial ekspertizadan keçirilməsi zamanı əlilliyin müəyyən olunması üçün əsas götürülməklə, xəstəlik, zədə və çatışmazlıqlar və
onların təzahür dərəcələri, eləcə də insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşması dərəcələri;
- vətəndaşların tibbi-sosial ekspertizadan keçirilməsi zamanı əlilliyin təyinatı üçün əsasları müəyyənləşdirən insan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli.
Qeyd edək ki, Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması Meyarları”nı təsdiqlədikdən sonra “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ləğv ediləcək.
Digər xəbərlər