Saytımızı qiymətləndirin


 
 

Ərdoğan afrikalı liderlərlə görüşəcək
Tarix: 17-12-2021 | Saat: 12:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan III Türkiyə-Afrika Ortaqlıq Zirvəsi çərçivəsində afrikalı həmkarları ilə ikitərəfli görüş keçirəcək.

Qarabaqinfo.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının rəsmi saytı belə məlumat yayıb.

Afrika ölkələri liderlərinin hər biri ilə 45 dəqiqə görüş planlaşdırılıb.

III Türkiyə-Afrika Ortaqlıq Zirvəsi dekabrın 17-də başlanıb. Toplantıda Türkiyə və Afrika İttifaqına üzv dövlətlərin uyğun nazirləri ilə səhiyyə, təhsil, kənd təsərrüfatı sahələrinə dair məsələlərin ikitərəfli müzakirəsi gözlənilir.

Qeyd edək ki, zirvə toplantısında Türkiyə ilə Afrika qitəsi arasında hər sahədə inkişaf edən əlaqələr, o cümlədən 2022-2026-cı illərdə Afrikanın xeyrinə reallaşdırılacaq konkret layihələr, bəyannamə, fəaliyyət planı və ortaq icra hesabatı ilə qəbul ediləcək. 



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər