Saytımızı qiymətləndirin


 
 

“Ermənistan-Naxçıvan-İran dəmir yolunu bir il ərzində çəkmək mümkün olacaq” - Qnel Sanosyan
Tarix: 30-12-2021 | Saat: 07:56
Bölmə:Karusel / Region | çapa göndər

facebook sharing button“Ermənistan-Naxçıvan-İran dəmir yolunu bir il ərzində çəkmək mümkün olacaq” – Qnel Sanosyan
“Yerasx və Naxçıvan ərazisində dəmir yolunun tikintisi daha az vaxt aparacaq. Meğri və Horadiz rayonlarında isə yolların bərpası ilə bağlı daha çox problemlər var. Ermənistan-Naxçıvan-İran dəmir yolunu bir il ərzində çəkmək mümkün olacaq”.

Qarabaginfo.az xəbər verir ki, erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib:

“İlkin hesablamalara görə, bu hissənin fəaliyyətə başlaması və yüklərin daşınması üçün 10 aydan, 1 ilə qədər vaxt lazımdır” – Sanosyan bildirib.

“Bəzi əraziləri bərpa etmək və dəmiryol xəttini işə salmaq daha asan olacaq. Onlardan ən mühümü isə Yerasxdan Naxçıvana və İrana gedən dəmiryol xəttidir. Meğri-Horadiz istiqamətində isə böyük problemlər var. Dəmir yolunun bərpası prosesi üçün uzun müddətdir müzakirələr aparılır” –deyə erməni nazir vurğulayıb.

Ermənistanda Yerasx-Culfa-Ordubad- Meğri-Horadiz dəmir yolunun bərpası üçün təxminən 226 milyon dollar lazım olacaq. Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan və Azərbaycan bu dəmir yolunun tikintisini 2-3 il ərzində başa çatdırmağı planlaşdırır.



Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər