Saytımızı qiymətləndirin


 
 

Fransa senatoru Soçi bəyanatını dəstəklədi
Tarix: 27-11-2021 | Saat: 23:01
Bölmə:Karusel / Dünya | çapa göndər

Fransa senatoru Soçi bəyanatını dəstəklədi 26 noyabr 2021-ci ildə Azərbaycan və Rusiya Prezidentləri ilə Ermənistan Baş naziri arasında keçirilən görüşün sonunda növbəti Üçtərəfli Bəyanat imzalandı. Fransa senatoru, Azərbaycanın yaxın dostu Natali Qule öz bloqunda Soçi görüşünə və qəbul edilmiş Bəyanata öz münasibətini bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Cavanşir Feyziyev məlumat verib.

Senator Natali Qulenin münasibəti aşağıdakı mətndə öz əksini tapır:

"Sabahınız xeyir. Mən, Natali Qule Fransa senatoruyam. Dünən Rusiya prezidenti Putinin moderatorluğu ilə Ermənistan və Azərbaycan arasında imzalanmış Bəyanatı dəstəkləyirəm.

Onu da qeyd etmək istərdim ki, sülhə nail olunması tərəflərin özlərindən asılıdr və bu mənada siyasi partiyaları sülhə yox, müharibəyə sürükləyən və heç də sülhə xidmət etməyən erməni lobbisinin fəaliyyəti xüsusi narahatlıq doğurur. Məsələnin həlli xaricdən yox, Azərbaycan və erməni xalqlarının özlərindən asılıdır. Bu baxımdan dünən əldə olunmuş razılaşmalar bölgədə sülhün və sabitliyin təmin olunması üçün böyük addımdır. Mən belə bir razılaşmanın əldə olunmasından çox şadam və ümidliyəm. Hesab edirəm ki, bu çox vacib addımdır. Amma çox istərdim ki, bütün dünyada erməni lobbisi hazırkı proseslərə mane olmaq istiqamətindəki fəaliyyətini dayandırsın. Əvvəllər də dediyim kimi, onların fəaliyyəti hər hansı bir nəticənin əldə olunmasını şübhə altına qoyur.

Mən bölgədə yaşayan bütün insanlara ən xoş arzularımı çatdırıram. Bildiyiniz kimi, mən Azərbaycanı və onun ərazini bütövlüyünü dəstəkləyirəm".(Yenisabah)



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər