Saytımızı qiymətləndirin


 
 

Kiviryandan GÖZLƏNİLMƏZ AÇIQLAMA: “Qarabağı kimin ziyarət edib-etməyəcəyinə Moskva qərar verir”
Tarix: 05-09-2021 | Saat: 15:01
Bölmə:Karusel / Region | çapa göndər

Kiviryandan GÖZLƏNİLMƏZ AÇIQLAMA: “Qarabağı kimin ziyarət edib-etməyəcəyinə Moskva qərar verir”facebook sharing button
twitter sharing buttonsharethis sharing button

“İkinci Qarabağ müharibəsindən sonra Ermənistan faktiki olaraq Qarabağın təhlükəsizliyinə zəmanət verən açarları Moskvaya verdi”.

Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri politoloq  Arqişti Kiviryan deyib.

“Rusiyanın sülhməramlı qüvvələri Qarabağa yerləşdirildikdən sonra, əslində ərazinin təhlükəsizliyinin qarantı Moskva oldu. Qarabağı kimin ziyarət edib-etməyəcəyinə dair qərarı da İrəvan deyil, Moskva verir. Bir dəfə Nikol Paşinyan “Artsax”a getdi və bununla da həyatımızı təhlükə altına atdı. Baş verənləri də hamımız bilirik. İndi Paşinyan öz məsuliyyətsiz hərəkətlərini təkrarlayıb bu dəfə də Xankəndinə getsə və öz üslubunda “Qarabağ Ermənistandır” desə, baş verəcəkləri təxmin etmək çətin olmaz. Belə olan halda isə indi Paşinyanı Xankəndinə getməməkdə günahlandıranlar, həmin an “Nikol niyə xankəndinə getdi” deyə bağıracaqlar” – Kiviryan vurğulayıb.

Onun fikrincə indi vəziyyət gərgindir və hər bir məsuliyyətsiz addım erməni xalqı üçün ağır nəticələnə bilər: “Heç kim birincilərin (əvvəlki hakimiyyətin) haqlı olduğunu söyləmir, amma müharibə vaxtı hakimiyyətdə Paşinyan idi. İdarə etməyi bacarmadın, yaxşı olar ki, hakimiyyətdən əl çəkərdin” – deyə ekspert fikirlərini yekunlaşdırıb.

 

Konkret.az



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər