Separatçı rejim Əsgəranda “fövqəladə hallar xidməti” üçün 114 min dollarlıq bina tikdirdi... - FOTOLAR
Tarix: 14-07-2021 | Saat: 00:23
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1422 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-07-2021 | Saat: 00:23
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azərbaycan Respublikası Xocalı rayonunun hələ də Rusiya sülhməramlı(?) hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu rejimin nəzarətində qalan Əsgəran şəhərində “rayon fövqəladə hallar şöbəsi”nin yeni binasının təntənəli açılışı olub.

Qarabaginfo.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.
Tikinti işləri “xeyriyyəçi” Artak Tovmasyanın rəhbərlik etdiyi “Tovmasyan” fondunun maliyyəsi hesabına aparılıb. Binanın tikintisi üçün 85 min ABŞ dolları, texniki parkın modernləşdirilməsi üçün isə 15 milyon dram(təxm. 29 min dollar) xərclənib. Beləliklə, yeni bina ümumilikdə təxminən 114 min dollara başa gəlib.

“Tovmasyan” fondu həmçinin II Qarabağ müharibəsi zamanı və ondan sonra separatçı rejimin qanunsuz “daxili işlər nazirliyi” əməkdaşlarının ailələrinə humanitar yardımlar da edib. 200-dən çox ailəyə yardım göstərilib.
Qanunsuz “daxili işlər naziri” Karen Sarkisyan bütün qurum adından Artak Tovmasyana təşəkkür edib.

Açılış tədbirinə separatçı xunta tör-töküntülərinin qeyri-qanuni "təhlükəsizlik şurası"nın katibi separatçı-terrorçu general Vitali Balasanyan da qatılıb.
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
28-09-2024, 19:05
Livanda İranın daha bir yüksək rütbətli zabiti öldürülüb
25-04-2023, 17:54
Sərhəd-buraxılış məntəqəsindən yeni GÖRÜNTÜLƏR
25-06-2024, 21:49
Natiq Qasımova Milli Qəhrəman adı verilib - SƏRƏNCAM
21-03-2022, 20:56
Rusiyada “WhatsApp”ın bloklanması təklif edilir
15-10-2025, 17:15
Azərbaycan və Macarıstan arasında siyasi məsləhətləşmələr keçirilib
30-08-2022, 11:10
1713 erməni hərbçinin meyiti təhvil verilib
5-07-2022, 13:39
Paşinyan maralları yemlədi…-Əbdürrəhim bəyin “Marallar”ı yada düşdü…
30-04-2022, 22:34
Odessa hava limanı raketlə vuruldu
6-04-2021, 11:27
ÜST Azərbaycana dəstək göstərəcək







" style="width: 670px; height: 340px;">









