Ana Sayfa > Karusel / Qarabağ > Separatçı rejim Əsgəranda “fövqəladə hallar xidməti” üçün 114 min dollarlıq bina tikdirdi... - FOTOLAR

Separatçı rejim Əsgəranda “fövqəladə hallar xidməti” üçün 114 min dollarlıq bina tikdirdi... - FOTOLAR


14-07-2021, 00:23. Yazar: Admin
Separatçı rejim Əsgəranda “fövqəladə hallar xidməti” üçün 114 min dollarlıq bina tikdirdi... - FOTOLAR
Azərbaycan Respublikası Xocalı rayonunun hələ də Rusiya sülhməramlı(?) hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu rejimin nəzarətində qalan Əsgəran şəhərində “rayon fövqəladə hallar şöbəsi”nin yeni binasının təntənəli açılışı olub.
Qarabaginfo.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. 
Tikinti işləri  “xeyriyyəçi” Artak Tovmasyanın rəhbərlik etdiyi “Tovmasyan”  fondunun maliyyəsi hesabına aparılıb.  Binanın tikintisi üçün 85 min ABŞ dolları, texniki parkın modernləşdirilməsi üçün isə 15 milyon dram(təxm. 29 min dollar) xərclənib. Beləliklə, yeni bina ümumilikdə təxminən 114 min dollara başa gəlib.
“Tovmasyan” fondu  həmçinin II Qarabağ müharibəsi zamanı və ondan sonra separatçı rejimin qanunsuz “daxili işlər nazirliyi” əməkdaşlarının ailələrinə humanitar yardımlar da edib. 200-dən çox ailəyə yardım göstərilib. 
Qanunsuz “daxili işlər naziri” Karen Sarkisyan  bütün qurum adından Artak Tovmasyana  təşəkkür edib.
Açılış tədbirinə separatçı xunta tör-töküntülərinin qeyri-qanuni "təhlükəsizlik şurası"nın katibi separatçı-terrorçu general Vitali Balasanyan da qatılıb.
(Moderator.az)

Geri dön