Saytımızı qiymətləndirin


 
 

Britaniya ABŞ hərbi bazası üzərində naməlum dronların uçuşunu araşdırır
Tarix: 14-11-2026 | Saat: 08:00
Bölmə:Karusel / Dünya | çapa göndər

Britaniya ABŞ hərbi bazası üzərində naməlum dronların uçuşunu araşdırır

Böyük Britaniyanın Müdafiə Nazirliyi ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Leykenhit aviabazası üzərində naməlum pilotsuz uçuş aparatlarının fəaliyyətini araşdırır.

“Sky News“ telekanalının məlumatına görə, bu barədə Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi açıqlama verib.

“Bu axşam Leykenhit aviabazasında icazəsiz pilotsuz uçuş aparatlarının fəaliyyəti barədə məlumatlardan sonra bütün aidiyyəti tərəflərlə fəaliyyətimizi əlaqələndiririk”, – nazirlik rəsmisi bildirib.

Onun sözlərinə görə, ABŞ Hərbi Hava Qüvvələrinin təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə ediblər və vəziyyət artıq nəzarət altına alınıb.

Britaniya Müdafiə Nazirliyi hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün ABŞ tərəfi ilə sıx əməkdaşlıq etdiyini açıqlayıb.



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər