Saytımızı qiymətləndirin


 
 

Azərbaycan - Ermənistan sərhədində İran qoşunu? - “Təxribat gözlənilir”
Tarix: 11-02-2023 | Saat: 14:38
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycan - Ermənistan sərhədində İran qoşunu? - “Təxribat gözlənilir”

“Birinci Qarabağ müharibəsindən başlayaraq, biz İranın Ermənistana aşkar dəstək göstərdiyini müşahidə etmişik. Ona görə də Türkiyə və Azərbaycanın zəlzələylə bağlı başının qarışıq olduğu bir vaxtda İran və Ermənistanın Azərbaycana qarşı hansısa fəaliyyətləri aktivləşdirməsi təəccüblü deyil”. 

Bu sözləri Yenisabaha.az açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev bildirib.

Hərbi ekspert hazırda Rusiyanın başının Ukrayna kampaniyasına, Türkiyənin isə zəlzələyə qarışdığı bir məqamda Ermənistanın İranla əlbir şəkildə Azərbaycana qarşı yeni hərbi-siyasi təxribatlar həyata keçirməsi ehtimalını, o cümlədən İranın Azərbaycanla münasibətlərdə Ermənistan faktorundan istifadə etməsi məsələsini şərh edib. 

Ə.Verdiyevə görə, onsuz da biz İran tərəfindən səslənən son bəyənatları, o cümlədən səfirliyimizə hücum və SEPAH generallarının, diplomatların Azərbaycana qarşı səsləndirdiyi fikirləri dinləmişik: 

“Nəticə etibarilə, bunların hamısı sanki daha əvvəlcədən planlaşdırılmış fəaliyyətlərin tərkib hissələridir, sadəcə addım-addım yerinə yetirilir”. 

Ehtiyatda olan mayor iddia edib ki, belə bir həssas dönəmdə İran və Ermənistanın Azərbaycana qarşı fəaliyyəti istisna edilmir:

“Lakin burada məsələyə miqyas baxımından yanaşmaq lazımdır. Yəni söhbət irimiqyaslı bir müharibə və yaxud döyüş əməliyyatlarından deyil, əksinə, hansısa lokal və məhdud miqyaslı təxribatlar, eləcə də toqquşmalardan gedir ki, hesab edirəm, biz bundan hələ ki sığorta olunmamışıq və bu, daim gözləniləndir”. 

“Amma bu hansı nəticə verəcək sualı, məncə, daha doğru səslənərdi. Çünki biz hazırda Ermənistanın Rusiya ilə “boşanma” mərhələsində olduğunu görürük. Baxmayaraq ki, Rusiya Ermənistandan əl çəkmək istəmir, lakin Ermənistanın özü Rusiyadan qırılmaq istəyir. Bu “ermənisayağı boşanma” isə yeni kavalerin molla rejimi tərəfindən təyin olunduğu anlamına gəlir. İndi də molla rejimi Ermənistana daha faydalı ola biləcəyini nümayiş etdirmək üçün bu ölkəyə hərbi dəstək vermək, eləcə də Ermənistanın Azərbaycanla olan şərti sərhədlərində qüvvə yerləşdirməsi üçün münbit bir şərait yaradıb”, - əlavə edib. 

Hərbi analitikin fikrincə, İran birbaşa olaraq Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə bilər:

“Bəli, İran bunu planlaşdırar, o cümlədən Ermənistana hərbi qüvvə də verə bilər, amma birbaşa dövlət səviyyəsində bunu etməz. Çünki Azərbaycan ona heç bir bəhanə verməyib ki, İran belə addım atsın.

Odur ki, biz hazır olmalıyıq və ordumuz da növbəti dəfə Ermənistanı əvvəllər olduğu kimi, canlı qüvvə, texnika və ərazi baxımından ciddi itkilərə mərzu qoya bilər ki, buna da heç bir şübhəmiz yoxdur”. 



Xəbəri paylaş

1134 dəfə oxunub.

Digər xəbərlər