Saytımızı qiymətləndirin


 
 

Aİ avqustun 1-dək ABŞ-la razılaşma üçün hazır olduğunu bildirib
Tarix: 12-07-2025 | Saat: 18:33
Bölmə:Karusel / Dünya | çapa göndər

Aİ avqustun 1-dək ABŞ-la razılaşma üçün hazır olduğunu bildirib

Avropa İttifaqı avqustun 1-dək ABŞ-la razılaşma üçün işləməyə hazır olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen sosial media hesabında paylaşım edib.

AK Prezidenti Aİ-nin öz maraqlarını qorumaq üçün bütün lazımi addımları atacağını qeyd edib:

"Aİ ixracatına 30%-lik rüsum Atlantik okeanının hər iki tərəfindəki müəssisələrə, istehlakçılara və xəstələrə zərər verəcək. Avqustun 1-dək razılaşma üzərində işləməyə davam edəcəyik. Eyni zamanda, biz mütənasib əks tədbirlər əsasında Aİ-nin maraqlarını qorumağa hazırıq".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən etibarən həm Avropa İttifaqından, həm də Meksikadan idxal edilən mallara 30 faiz tarif tətbiq olunacağını açıqlayıb.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər