Saytımızı qiymətləndirin


 
 

Podolyak: "İsrail və Türkiyə Zelenskinin Putinlə görüşünü təşkil edə bilər"
Tarix: 13-03-2022 | Saat: 16:24
Bölmə:Karusel / Siyasət | çapa göndər

Putin'den Ukrayna açıklaması

Ukrayna hakimiyyəti Rusiya ilə danışıqların təşkili üçün İsrail və Türkiyə ilə əlaqə saxlayır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak "Ukrayna-24" telekanalına bildirib.

“İndi vasitəçilik missiyasını yerinə yetirmək istəyən tərəfdaşlarımızın köməyi ilə təhlükəsizlik zəmanətləri şərtləri və Ukraynanın mövqelərini nəzərə alacaq sazişlər paketi üzərində işləyirik”, - Podolyak deyib.

Müşavirin sözlərinə görə, sazişlər paketi razılaşdırıldıqdan sonra Rusiya və Ukrayna prezidentləri görüşə və sülh müqaviləsinin yekun müddəalarını işləyə biləcəklər.

Qeyd edək ki, martın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb. Görüşdən sonra Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Putin Zelenski ilə görüşdən imtina etmir, lakin bundan əvvəl hazırlıq işləri aparılmalıdır.



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər